Mənəvi dəyərlər həm də cəmiyyətin dayanıqlığını müəyyən edir- ÖZƏL
11:26 Sosial"Ailə cəmiyyətin ən fundamental institutudur. Ailə sadəcə sosial vahid deyil, dəyərlərin ötürüldüyü, şəxsiyyətin formalaşdığı, qarşılıqlı hörmətin və məsuliyyət hissinin öyrənildiyi ilk mühitdir. Ailədə qazandığımız mənəvi dəyərlər bütövlükdə cəmiyyətin dayanıqlığını müəyyən edir". "Olaylar" xəbər verir ki, bunu YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva deyib: "Bu gün ailə anlayışı qlobal miqyasda sürətli sosial dəyişikliklərin, texnoloji transformasiyanın, miqrasiya proseslərinin və yeni çağırışların təsiri altındadır. Rəqəmsallaşma, urbanizasiya, iqtisadi dinamika və dəyişən sosial rollar ailə münasibətlərinə yeni çalarlar gətirir. Ailə dəyərləri yalnız mədəni ənənə məsələsi deyil, eyni zamanda insan hüquqları, sosial siyasət və dayanıqlı inkişaf kontekstində də mühüm önəm kəsb edir. Məhz ailə institutu sosial həmrəyliyin, qarşılıqlı dəstəyin və ictimai sabitliyin əsas dayaqlarından biridir"