Deputat Mediasiya Şurasına əlavə səlahiyyətin verilməsini təklif edib- ÖZƏL

Mediasiya Şurasına əlavə səlahiyyət verilməlidir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat hesab edir ki, bu halda boşanmaların sayı azala bilər: "Son vaxtlar ölkədə boşanmaların sayı artıb. Hikaha daxil olan hər 100 ailədən 56-sının boşanması qeydə alınır. Bu çox ciddi məsələdir. Bəzən boşanmada qadınlar maraqlı olurlar və aliment əldə etmək üçün  məqsədli şəkildə bu addımı atırlar. Bu baxımdan Mediasiya Şurasına səlahiyyət verilməlidir ki, boşanma zamanı qadınların niyyəti ilə bağlı rəy versin. Məhkəmələr qərar qəbul edən zaman həmin rəyi nəzərə almalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31