Ramazan günahlardan bağışlanma ayıdır- ÖZƏL
11:10 Sosial"Ramazan ayının birinci on günlüyü artıq arxada qaldı. Həmişəki kimi, günlər sürətlə ötüb keçməkdədir. Daha bir Ramazanın bizi tərk etməsinə sayılı günlər qalıb. Ancaq hələki bu ayın xeyr və bərəkətindən bəhrələnmək imkanlarımız tükənməyib". "Olaylar" xəbər verir ki, buunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: " Məhəmməd Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə buyurulur: "Ramazan ayının əvvəli rəhmət, ortası bağışlanma, axırı Cəhənnəm alovundan azad olmadır". Çalışaq birinci on günlükdə Allah-Taalanın rəhmətini, ikinci on günlükdə məğfirətini, üçüncü on günlükdə isə Cənnətini qazananlardan olaq!
Çalışaq bu ayda daha çox savab işlər görək, Allahın verdiyi nemətləri bölüşək, Rəbbimizə xalqımızın birliyi, ölkəmizin suverenliyinin möhkəmlənməsi, ölkəmizi düşmənlərin hiylə və şərindən qoruması üçün daha çox dua edək. Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi qorusun, müstəqilliyimizi daimi və əbədi etsin!"