Marketlər öz reklamını da bizə pulla satırlar
15:02 SosialMarketlərdə alış-veriş zamanı təqdim olunan, üzərində marketin loqosu və adı olan polietilen paketlər narazılığa səbəb olub.Milli.Az-ın məlumatına görə, vətəndaşlar paketlərin ya loqosuz təqdim edilməsini, ya da ödənişsiz verilməsini tələb edirlər. Şikayət edən vətəndaş bildirib ki, alıcı həm paketə pul ödəyir, həm də üzərində marketin reklamını daşımalı olur:
"Niyə biz hansısa marketdən alış-veriş etdiyimizi hər kəsə elan etməliyik?"
Onun sözlərinə görə, paketlər sadə olmalı, loqo və reklam xarakterli elementlər yerləşdirilməməlidir. Vətəndaş iddia edir ki, paketlərin satışından əldə olunan məbləğlərlə yanaşı, bu məhsullar gündəlik reklam vasitəsinə çevrilir:
"Gündə 3 qəpikdən 100 dənə satılsa, nə qədər pul eləyir? 3 manat. Niyə sizin reklamınızı biz pullu etməliyik? Özümüzün göndərdiyi zibillə emal edilən paketləri bizə pulla satan şəxslər bunu nəzarət etməlidir".
Qeyd edək ki, ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə qaldırılıb, böyük ölçülü torbalar isə artıq 7 qəpiyə təklif olunur.