Şamaxıda daha bir zəlzələ oldu

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bu dəfəki yeraltı təkan yerli vaxtla saat 16:12-də 3.2 maqnitudalı olub.

Məlumata görə, zəlzələ 9 km dərinlikdə baş verib.

xxx
16:27

Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

xxx
16:18

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bu dəfəki yeraltı təkan yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı olub.

Məlumata görə, zəlzələ 10 km dərinlikdə baş verib.

xxx
16:11

Şamaxıda 4.7 maqnitudalı zəlzələ olub.

Olaylar.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Yerli vaxtla 15:52-də qeydə alınan zəlzələ yerin 13 km dərinliyində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31