Kəlbəcərdə yeni turizm zonası yaradılacaq

İşğaldan azad olunmuş ərazilərdə xüsusi turizm zonalarının yaradılması, xüsusilə Kəlbəcərdə turizm zonasının yaradılması ilə bağlı sənədlər Prezident Adminsitrasiyasına təqdim olunub.

Olaylar.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Sədr müavini vurğulayıb ki, həmçinin, Laçın və digər ərazilərdə də qiymətləndirmələr aparılır.

"Sanatoriyaların, eləcə də müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət olunub. Sertifikatlaşdırma işlərinin ilkin mərhələdə aparılması üçün konsepsiya sənədləri hazırlanıb", - deyə o əlavə edib.

O bildirib ki, Xocavəndin Tuğ kəndində qastroturizm inkişafı ilə bağlı layihələr hazırlanır:

"Orada kulinariya mərkəzinin yaradılması nəzərdə tutulur. Qastroturizm ilə bağlı əsas hədəflərimizdən biri də ölkənin mətbəxinin tanııdılmasıdır. Çünki Azərbaycanın regionda xüsusi edən elementlərdən biri də ölkəmizin zəngin mətbəxidir. Bunun üçün bir neçə istiqamətlərdə işlər görürük. Xüsusilə də qastronomiyanın ölkəmizdə ali təhsil səviyyəsinə çatması üçün qastronomiya ixtisasının açılması üçün Elm və Təhsil Nazirliyi ilə iş görülür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31