Yalan və dedi-qodu orucu pozur- ÖZƏL
10:47 SosialOrucu yalnız qida qəbul etmək pozmur. İnsanların haqqına girmək, yalan danışmaq, insanları aldatmaq, dedi-qodu ilə məşğul olmaq, xəbər aparıb-gətirmək və digər günah əməllər də orucu pozur. Oruc cismən, fikrən və əmələn tutulmalıdır. Məhəmməd Peyğəmbər (s) buyurub: "Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "İslam ibadətlərinin əsas məqsədlərindən biri insanların mənən saflaşması, paklaşması və günahlardan arınmasıdır. Bir sözlə oruc yalnız mədə ilə deyil, əməllə də tutulmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, əgər bir insan oruc tutursa ancaq bu onun əməllərində özünü göstərmirsə onun bütün günü ac qalmasına Allahın ehtiyacı yoxdur. Allah bütün oruc və duaları qəbul etsin! Ölkəmizi və xalqımızı qorusun!"