Marketlərə müştəri kimi daxil olub oğurluq edən şəxslər saxlanıldılar
20:46 SosialXəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıblar.
Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.
Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman bir qadına məxsus pul kisəsini taladığı da məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31