Haaqa şəhərinin baş kilsəsində Xocalı soqyırımı qurbanları yad edilib (FOTO)

Haaqa şəhərinin baş kilsəsi və əsas dini-mədəni mərkəzi olan "Grote Kerk"də Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə "Əbədi əks-sədaların elegiyası" adlı anım tədbiri keçirilib.

Olaylar.az bu barədə Azərbaycanın Niderlanddakı Səfirliyinə istinadən xəbər verir.

Tədbirdə Niderlandın dövlət qurumlarının, parlamentinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi-ictimai, mədəniyyət, elmi dairələrin nümayəndələri iştirak edib.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxışında Xocalı soyqırımının dəhşətli nəticələrini xatırladıb, bu günlərdə soqyırımın 34-cü ildöünümü münasibətilə Niderlandın müxtəlif şəhərlərində keçirilmiş tədbirlər haqda məlumat verib. Diplomat bildirib ki, Avropada Xocalı soyqırımına həsr olunmuş ilk abidənin məhz Haaqa şəhərində ucaldılması Niderlandın tarixi yaddaşa hörmətinin, Azərbaycan xalqı ilə həmrəyliyinin və ölkələrimiz arasındakı insani və mədəni bağların göstəricisidir. O vurğulayıb ki, Xocalı faciəsi Azərbaycanın tarixində sağalmamış bir yara olaraq qalır və şəhidlərimizin müqəddəs xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq. Diplomat həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və milli ordunun şücaəti sayəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş qətiyyətli addımlar atır.

M.Əhmədzadə bildirib ki, italyan və Niderland musiqiçilərindən ibarət "I Briconcello" kamera ansamblının təqdim edəcəyi "Əbədi əks-sədaların elegiyası" konserti vasitəsilə Azərbaycan, qlobal səviyyədə sülh və ədalət paytaxtı kimi tanınan Haaqa şəhərindən öz dostları ilə birlikdə, musiqinin dilində rəmzi olaraq dünya ictimaiyyətinə sülh və ədalət mesajı çatdırır.

Ardınca "I Briconcello" kamera ansamblının direktoru maestro Pierluici Ruccero çıxış edib.

Maestro bildirib ki, ansamblın təqdim etdiyi "Əbədi əks-sədaların elegiyası" konsert proqramı Vətən müharibəsi dövründə Azərbaycanla həmrəylik nümayiş etdirmiş İtaliyanın müxtəlif şəhərlərində 2021-ci ildə səhnəyə qoyulub və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ithaf olunub. O əlavə edib ki, repertuar musiqinin sərhədləri aşaraq insanları birləşdirdiyini, hörmət, dialoq və qarşılıqlı anlaşmanı təşviq etdiyini, həmçinin Azərbaycanın çoxəsirlik multikultural və dini tolerantlıq ənənəsini rəmzi olaraq əks etdirir.

Tədbirin musiqi proqramında dünya şöhrətli bəstəkarların həzin və lirik əsərləri ilə yanaşı, Fərhad Bədəlbəylinin "Şuşa" əsəri, Kəmalə Əlizadənin aranjmanında Azərbaycan xalq mahnısı "Sarı gəlin", Qara Qarayevin "Yeddi gözəl" baletindən parçalar və Sevda İbrahimovanın seçilmiş əsərləri səsləndirilib.

Haaqa şəhərinin baş kilsəsində Xocalı soqyırımı qurbanları yad edilib (FOTO)

Haaqa şəhərinin baş kilsəsində Xocalı soqyırımı qurbanları yad edilib (FOTO)
Haaqa şəhərinin baş kilsəsində Xocalı soqyırımı qurbanları yad edilib (FOTO)
Haaqa şəhərinin baş kilsəsində Xocalı soqyırımı qurbanları yad edilib (FOTO)
Haaqa şəhərinin baş kilsəsində Xocalı soqyırımı qurbanları yad edilib (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31