Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)

Belçikanın paytaxtı Brüsseldəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanları ehtiramla yad olunub. Anım tədbiri Brüssel Azərbaycan Evi, Azərbaycan diaspor təşkilatlarının birgə təşkilatçılığı, Azərbaycanın Respublikasının Belçika Krallığındakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Olaylar.az bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səfirliyin birinci katibi Emin Rüstəmov çıxışında Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışıb.

Daha sonra Benilüks ölkələrində yaşayan Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə əlaqələndiricisi, MADANİ platformasının rəhbəri Emin Əliyev , BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının həmtəsisçisi Əliağa Sultanov çıxış ediblər.

Çıxışlarda Xocalı faciəsinin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunmasının zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, diaspor təşkilatlarının bu istiqamətdə birgə və sistemli fəaliyyətinin vacibliyi qeyd olunub.

Tədbirdə "Xocalı nişanəsi" sənədli filmi və pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadənin "Xocalıya" adlı musiqi əsərinin videoçarxı nümayiş etdirilib.

Sonda iştirakçılar Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olublar.

Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)

Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31