Ağdərənin kəndlərinin elektriklə təminatına 3 milyon manatdan çox vəsait xərclənəcək
17:46 Sosial"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti açıq tender elan edir.
Tenderin predmeti Ağdərə rayonunun Zəylik, Ballıqaya, Çardaqlı və Maqrelelay yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0,4 kV-luq ÖİN şəbəkəsi ilə tam yenidənqurularaq elektrik enerjisi ilə təminatı işləridir.
Ehtimal olunan qiymət 3 095 425 manat təşkil edir.
İştirak haqqı 1 000 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31