Həbs edilmiş şəxslərə tibbi xidmətlərin göstərilməsi şərtləri müəyyənləşib

Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi şərtləri müəyyənləşib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlər aşağıdakı şərtlərlə göstəriləcək:

müvafiq tibbi xidmətin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən göstərilməsi üçün zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması;

bir büdcə ili ərzində tibbi xidmətlər göstərilən həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) 1 500 nəfərdən çox olmaması;

bir büdcə ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilən sığorta ödənişlərinin 200 min manatadək olması.

Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi zamanı ƏdIiyyə Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31