Azərbaycan dili bir zamanlar bütün Qafqazda ünsiyyət dili olub- ÖZƏL
26 Fevral 10:41 Sosial"Milli varlığımızın göstəricisi olan və daim güc aldığımız ana dilimiz böyük tarixi inkişaf yol keçib. Bir zamanlar bütün Qafqazda ünsiyyət dili olub. Dilimizi bilmədən ticarət etmək, əlaqələr qurmaq çox çətin olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Dağ bulaqlarının gözündən süzülüb gələn su kimi təmiz və saf olan ana dilimiz - Azərbaycan dili indi müstəqil dövlətimizin dilidir. Çoxtərəfli və ikitərəfli formatda keçirilən toplantıların kürsülərdən ana dilimizdə xitab edilir. Bu dil elmimizin, mədəniyyətimizin və ədəbiyyatımızın dilidir.
Təkcə ölkəmizdə deyil, dövlətimizin dünyada rəsmi şəkildə tanınmış coğrafi-siyasi sərhədlərindən kənarda dörd bir tərəfdə on milyonlarla insan ana dilimizdə danışır. Dilimiz yenidən regionda ünsiyyət dilinə çevrilməyə başlayıb.
Dilimizi yad ünsürlərdən mühafizə etmək onun yaradıcısı və qoruyucusu olan millətimizi, sərhədlərimizdən kənarda yaşayıb dilimizdə danışanları qorumaq deməkdir!"