Bayram qabağı çərəzlər BAHALAŞDI - QİYMƏTLƏR

Novruz bayramı yaxınlaşdıqca çərəzlərin qiyməti kəskin artlr. Bayramı fürsət bilənlər qiyməti yüksəldib. 

Bəs bayram qabağı bazarda qiymətlər necədir? 

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəllər 17 manata satılan fındıq hazırda 27-28 manatdır:

"Sarı kişmişin qiyməti 9 manat, qara kişmiş isə 8 manat, qabıqlı fındıq keçən il 7 manat idisə, bu il 12 manat, Ordubad cəvizi isə 13 manatdır. Fındıqda bu il bir az qıtlıqdır deyə bahalaşma var". 

Bölgələrdə isə qiymətlər bir az fərqlidir. 

Qoz 4 manatdan 8 manata kimi,qabıqlı fındıq 4 manatdan 7 manata kimi, qoz ləpəsi 5 manatdan 20 manata kimi dəyişir. 

Alıcılar isə qiymətin ürəkaçan olmadığını bildiriblər. 

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı qeyd edib ki, qiymətlərin baha olması məhsuldarlığın aşağı düşməsi və bu sahədə logistika xərclərinin yüksək olması ilə bağlıdır:

"2025-ci ildə çərəzlərdə ciddi məhsuldarlıq problemi olub, buna görə də bahalaşma var". 

İqtisadçı hesab edir ki, bayramla bağlı yaranan müvəqqəti xarakter daşısa da, digər amillərlə bağlı baş verən qiymət artımları elə olduğu kimi qalacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31