Ramazanın 6-cı gününün duası - İftar və imsak vaxtı

Sabah Ramazan ayının altıncı günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 24-də Bakıda imsak saat 05:57-də, iftar isə saat 18:26-dadır.

Ramazan ayının 6-cı gününün duası:

"Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin".

Tərcüməsi:

"İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!"

Allah orucunuzu qəbul etsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31