Ramazanda toy etmək olar? - AÇIQLAMA

Ramazan ayında toy etmək dini baxımdan qadağan deyil. Lakin bu ay ibadət, oruc və mənəvi təmkin dövrü sayıldığı üçün mərasimin formatında müəyyən həssaslıqlara riayət olunması tövsiyə edilir.  Ümumiyyətlə bu mövzu insanlar arasında həmişə fikir ayrı-seçkiliyi yaradır.

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, Ramazan ayı ibadət ayıdır.Onun sözlərinə görə, bu ayda toy mərasimləri adətən digər aylara saxlanılır: "Bu ayda toy-büsatı başqa aylara saxlayırlar. Millət bunu bilir. Kimsə iftar süfrəsində nişan edə və ya "həri" verə bilər - bu, şəxsi seçimdir. Bunun qarşısını heç kəs ala bilməz. İnsanlar azaddır. Lakin Ramazan ayı əvvəldən axıra kimi dua və ibadət ayıdır, çalıb-oxumaq ayı deyil. Bu dövrdə insanlar iftar süfrələri açır, dua və zikr edir, kimsəsizlərə yardım göstərir, yaşlılara baş çəkirlər." Qeyd edək ki, bu il Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edib. Martın 20-si və 21-i isə Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31