Səidə narkotik iddialarına belə CAVAB VERDİ
10:49 SosialMüğənni Səidə Sultan barəsində səsləndirilən narkotik ittihamlarına münasibət bildirib.
Milli.Az xəbər verir ki, , canlı yayım zamanı aralarında mübahisə yaşanan aparıcı Tarix Əliyevin (Tolik) səsləndirdiyi iddialara cavab verib.
Sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda məsələyə aydınlıq gətirərək bildirib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, iki gün əvvəl xəstəxanadan evə buraxılıb və qolunda görünən izlər tibbi prosedurlarla əlaqədardır.
Səidə qeyd edib ki, yayılan söz-söhbətlər əsassızdır və sağlamlıq vəziyyəti ilə bağlı hər hansı gizli məqam yoxdur. Müğənninin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31