Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirlərinə filologiya elmləri doktoru Abid Tahirlinin təklifləri
16:59 Sosial"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025 tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin hazırlayacağı tədbirlər planına filologiya elmləri doktoru Abid Tahirlinin təklifləri
I. Nəşr işi, elmi, mədəni- kütləvi tədbirlər sahəsində
I. 1. Birinci Türkoloji Qurultayın materiallarının Azərbaycan, türk, ingilis, rus dillərində nəfis tərtibatla nəşr edilməsi;
I. 2.Abdulla bəy Əfəndizadənin "Son türk əlifbası" (1919-cu il) kitabının elmi nəşri;
I. 3. Türkologiyanın inkişafında bənzərsiz xidmətləri olan dünya şöhrətli türkoloq Əhməd Cəfəroğlunun "Seçilmiş əsərləri"nin nəşr olunması;
I. 4. XX əsr Türkologiyanın tribunalarından "Azərbaycan yurd bilgisi" məsmuəsinin kitab şəklində çap edilməsi;
I. 5. Azərbaycan türkologiyasının yaranması, inkişaf meylləri, mərhələləri və müasir dövrdə qarşıda duran vəzifələrinə həsr edilmiş beynəlxalq konfransın keçirilməsi və materiallarının nəşri;
I.6. Abid Tahirlinin Türk birliyi, ortaq ədəbi dil ideyasının yaradıcısı İsmayıl Qaspiralının həyat və yaradıcılığından bəhs edən "Bütün türklərin tərcümanı" əsərinin təkmilləşdirilmiş variantının nəşri;
I. 7. Türkçülük ideologiyasının formalaşmasında və yayılmasında xüsusi xidmətləri olan Əhməd bəy Ağaoğlunun Malta məktublarının nəşr edilməsi;
I. 8.Azərbaycan türkoloqlarının seçilmiş əsərlərindən ibarət kitabın buraxılması;
I.9. 131 nəfərin iştirakı ilə 9 gün davam edən (26 fevral-4 mart) və Səməd Ağamalıoğludan başqa qurultay iştirakçılarının əksəriyyəti müxtəlif ittihamlarla həbs edilmiş, sürgün olunmuş, repressiyaya məruz qalmış, güllələnmiş, qətl edilmişdir. Bir qisminin, təxminən 6 nəfərin, o cümlədən tanınmış türkoloq professor Cabbar Əfəndizadənin qurultaydan sonrakı taleyi büsbütün naməlum qalmışdır. Qurultayın bütün iştirakçılarının həyat və yaradıcılıq yoluna dair kitabın nəşri.
l.10.Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA), TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Təşkilatında (TDT) Qurultayın 100 illik yubiley tədbirlərinin keçirilməsi.
l.11. UNESCO - da Türkologiyaya dair sərginin təşkili;
l.12. Yunus Oğuzun "Türk etnonimi və törələri" adlı əsərinin təkmilləşdirilmiş variantının çap olunması.
II. Birinci Türkoloji Qurultayın iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi
II.1. Qurultay iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə onların adının Bakıda, Şuşada, Gəncədə, Naxçıvanda, Salyanda, Lənkəranda, Şəkidə, Şamaxıda, Qazaxda, Qəbələdə park, meydan, prospekt, yaxud küçələrə verilməsi;
II.2. Qurultayın 100 illiyi şərəfinə poçt markası buraxılması;
II.3. Bakının mərkəzi küçələrinin birində Birinci Türkoloji Qurultayın iştirakçılarının xatirə kompleksinin ucaldılması;
II.4. Hər il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Türkologiyaya həsr olumuş elmi konfrans, simpozium, müsabiqə, kitab sərgisi və s. keçirilməsi;
II.5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən "Birinci Türkoloji Qurultayın 100 illiyi" yubiley döş nişanının təsis olunması;
II.6. Ali məktəb tələbələri üçün İsmayıl Qaspiralı və Əli bəy Hüseynzadə təqaüdlərinin təsis edilməsi.
II.7. Vaxtı ilə Qurultayın keçirildiyi AMEA-nın İstiqlaliyyət küçəsində yerləşən binasının (İstiqlaliyyət küçəsi 30 ünvanında (İsmailiyyə binası) fasadına "Burada 1926-cı ildə I Bakı Türkolji qurultayı keçirilmişdir" -cümləsindən ibarət xatirə lövhəsinin vurulması;
II.8. Qurultaya həsr olunmuş bədii və sənədli filmlərin çəkilməsi;
II.9. Qurultaydan bəhs edən pyesin Mədəniyyət Nazirliyinin sifarişi ilə yazılması, müsabiqə yolu ilə seçilməsi və səhnələşdirilməsi.