Ötən il məhkəmələrin nazirliyin əleyhinə qəbul etdiyi qərarlar ciddi şəkildə azalıb - Nazir müavini
15:05 Sosial2025-ci ildə Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin əleyhinə qəbul olan qərarlar 84 faiz azalıb.
Bunu Azərbaycan Hakimlərinin II Forumunda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev "İnzibati orqanların fəaliyyətində məhkəmə rolu: təkraranan işlər, inzibati praktikanın yenilənməsi, inzibati praktikada bərabər yanaşma və etimadın qorunması" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sosial müdafiə sahəsi hər gün minlərlə insanın həyatına birbaşa təsir edir:
"Nazirlik üçün əsas meyar işlərin çoxluğu yox, həll olunan mübahisələrin sayıdır. 2025-ci ildə nazirliyin əleyhinə qəbul olunan məhkəmə qərarları 84 faiz azalıb. Eyni zamanda, ödənilən maliyyə miqdarı ötən il 7.2 milyon manat olub ki, bu da 86 faiz azalma deməkdir. 116 iş isə məhkəmədən kənar vətəndaşın xeyrinə həll olunub".