Ramazan ayının 2-ci gününün duası - İmsak və iftar vaxtı
20:22 SosialSabah Ramazan ayının ikinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 06:03-də başlayır. İftar isə saat 18:35-dədir.
Ramazan ayının 2-ci gününün duası:
"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".
Tərcüməsi:
"İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!"
Allah orucunuzu qəbul etsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31