"Orucam, çox pisəm" - Kənan MM
16:44 SosialYazıçı Orxan Saffari tanınmış rejissor Kənan Mahmudov haqqında tənqidi fikirlər səsləndirib. O, bu çıxışı ilə rejissorun neçə illik fəaliyyətini şübhə altına alıb. Kənan Mahmudov isə onun sərt tənqidindən sonra öz sosial şəbəkə hesabında Orxan Saffariyə qarşı nalayiq ifadələr işlədərək onu təhqir edib. Rejissorun bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Təhqirdən sonra Orxan Saffari onu məhkəməyə verdiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı Kənan Mahmudovla əlaqə saxlayıb. Rejissor son hadisəyə görə səhhətində problemlərin yarandığını bildirib:
"Orucam, bu haqda ətraflı danışmaq istəmirəm. Mən çox pisəm, təzyiqim var. Səhərə qədər üstümə təcili yardım gəlib." - deyə Kənan Mahmudov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31