Ucarda qəzaya düşən 6 nəfərin vəziyyəti orta ağırdır
15:38 SosialBu günsaat 13:40 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 qadın, 2 kişi) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, yaralılara bədənin müxtəlif hissələrinin əzilmiş, cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
"Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir", məlumatda qeyd edilib.
Qeyd edək ki, yol nəqliyyat hadisəsi Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistralının 217-ci kilometrliyində qeydə alınıb. Eyni istiqamətdə hərəkətdə olan minik, yük və mikroavtobus markalı nəqliyyat vasitələri toqquşaraq zəncirvari qəza törədib. Nəticədə 6 nəfər Ucar rayon sakinləri - 1975-ci il təvəllüdlü Səidə Mirzalı qızı Baxşəliyeva, 1966- cı il təvəllüdlü Zalikə Mirzalı qızı Salikova, 1973-cü il təvəllüdlü Vəfa Qarapaşa qızı Baxşəliyeva, 1985-ci il təvəllüdlü Şərqiyə Vidadi qızı Rəhimova, 1952-ci il təvəllüdlü Aruza Mustafakamal qızı Məmmədova və 1967-ci il təvəllüdlü Şəfaqət Mirzalı qızı Rəhimova xəsarət alıblar.