Hava kəskin soyuyacaq: 4-6 dərəcə... - XƏBƏRDARLIQ
19:30 SosialFevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31