Şeyxin müavininin vəziyyəti pisləşdi: təcili həkimlər çağırıldı
16:00 SosialQafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin sədri Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib.
Manset.az-ın əldə etdiyi məlumata görə, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb. Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktik tədbirlər davam etdirilir.
Faktı Hacı Sabir Həsənlinin özü də təsdiq edib:
"Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram".
Qeyd edək ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31