Rəqəmsal mühitdə uşaq hüquqlarının qorunması yalnız sosial məsələ deyil- ÖZƏL
14:18 SosialRəqəmsal transformasiya sürətlənir. Uşaqlar artıq onlayn mühitdə təhsil alır, ünsiyyət qurur və sosiallaşır. Hüquqi tənzimləmə də eyni ilə bu sürətlə adekvat şəkildə paralel inkişaf etməlidir". "Olaylar" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova deyib: "Uşaqların onlayn təhlükəsizliyi məsələsində əsas çağırışlar aydındır, effektiv yaş verifikasiyası mexanizmlərinin olmaması, kibermobbing (kiberbullinq) və onlayn zorakılığa qarşı sistemli profilaktika modelinin zəifliyi,rəqəmsal platformaların hüquqi məsuliyyət çərçivəsinin konkretləşdirilməsinə ehtiyac və s-dir. Eyni zamanda süni intellekt əsaslı sistemlərin tətbiqi genişlənir.
Rəqəmsal mühitdə uşaq hüquqlarının qorunması yalnız sosial məsələ deyil, strateji hüquqi prioritetdir. Qanunvericilik preventiv, sistemli və yeni standartlara uyğun şəkildə təkmilləşdirilməlidir. Uşaqların təhlükəsizliyi rəqəmsal inkişafın sürətindən deyil, onun məsuliyyətli idarə edilməsindən asılıdır. Bu işdə məsuliyyət daşıyan əsas icraşılar da valideynlər, aidiyyatı qurumlar, icma, vətəndaşlardır".