İcra başçısı onlara yüksək verdi
20:03 SosialŞəki Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatları olub.
Olaylar.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Məmmədov Anar Əlövsət oğlu vəzifəsindən azad edilib. Digər əmrlə o, həm qeyd olunan şöbənin müdir müavini, həm də qeyd olunan sektorun müdiri təyin olunub.
Bundan əlavə, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinə müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna müdir təyinatı aparılıb. Qeyd olunan vəzifələrə Məhərrəmli Azər İbadullah oğlu təyin edilib. (nocomment.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31