Bu qurumun mətbuat katibi işdən çıxdı
19:22 SosialAudivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.
Olaylar.az bildirir ki, o, bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında Şuranın Kommunikasiya sektorunun müdiri təyin edilib.
O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində və AZƏRTAC-da çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31