"Renka" saxlanıldı

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Olaylar.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, "TikTok" platformasında qeyd edilən qanunsuz əməllərə yol verən, "Renka" adı ilə yayımlar edən Rəna Cəfərova saxlanılıb. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib edildikdən sonra məhkəməyə çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə onunla bağlı qərar elan edilib.

Qərara əsasən, Rəna Cəfərovanın himayəsində azyaşlı uşaq olduğu üçün 750 manat cərimə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31