"Azəriqaz"ın idarə rəisi işdən qovuldu – Araşdırma başlandı

"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi Namik Məmmədov və həmin qurumun baş mühəndisi Elşən Rəhimov işdən çıxarılıb.

"Qaynarinfo"  xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov əmr imzalayıb. 

Baş direktorun digər əmri ilə idarə rəisinin səlahiyyətləri müvəqqəti olaraq Samir Qasımova tapşırılıb.

Xəbərlə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyevə bir gün əvvəl təcili sorğu ünvanlasaq da, hələlik rəsmi cavab verilməyib.

Əldə etdiyimiz digər məlumata görə, hüquq-mühafizə orqanları Namik Məmmədov və İdarənin digər bir neçə vəzifəli şəxsləri ilə bağlı araşdırmalara başlayıb. 

Qeyd edək ki, Namiq Məmmədov bu vəzifəyə qədər Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsini icra edib. O, ötən ilin iyun ayında Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi təyin olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31