Azərbaycanın yeni rəqəmsal arxitekturasının qurulmasının aktual məqamları- ÖZƏL
11:24 SosialQlobal Kooronavirus Pandemiyasının doğurduğu böhran dünya ölkələrinin xeyli hissəsini demək olar ki,eyni start vəziyyətinə gətirdi.Kim dövlət idarəçiliyinin səmərəliliyini artırmaq,istehsal proseslərini optimallaşdırmaq və sair bu kimi istiqamətlərdə rəqəmsal texnologiyalardan, süni intellektdən və sairdən günün tələbləri səviyyəsində rasional istifadə etsə, getdikcə kəskinləşən rəqabəti udub, ölkənin hərtərəfli inkişafı və bu texnologiyaların cəmiyyət həyatının bütün sahələrinə tətbiqi sahəsində böyük uğurlar qazanacaq.Çünki rəqəmsallaşma müasir dünyanın qaçılmaz inkişaf yoludur. Rəqəmsallaşmanın uğurlu tətbiqi olkə iqtisadiyyatnın rəqabət qabiliyyətinin və səmərəliyinin artırılmasına,iqtisadi artımın kəmiyyət və keyfiyyətinin yaxşılaşdırılmasına, ölkənin və şirkətlərin dünya bazarlarına daha asan daxil ola bilməsinə,ticarəti genişləndirə bilməsinə və s.müsbət təsir edə bilər.Bununla yanaşı rəqəmsallaşma insanların məlumatlara daha asan və tez daxil olmasına, bu məlumatlardan istifadə edərək, işlərini daha tez və səmərəli şəkildə yerinə yetirməyə imkan verir.Bunu edə bilməyənlər isə uzun müddət geriqalmaya məhkum vəziyyətinə düşəcək.Bu baxımda həyatın müxtəlif sahələrində, iqtisadiyyat,sənaye,kənd təsərrüfatı, təhsil, mədəniyyət, xidmət və s.istiqamət və sahələrdə rəqəmsal texnologiyaların geniş tətbiqinin töhfəsi və ondan istifadə edilməsinin ləngililməsinin fəsadları danılmazdır.
Bu gün biz bir çox sahədə rəqəmsallaşmanın təsirini görə bilərik. Bu özünü ölkəmizdə elektron hökumət sisteminin inkişafında,rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sektorların və biznes proseslərinin fəaliyyətinə,ölkə əhalisinin bir hissəsinin gündəlik həyatına tətbiqinin timsalında görə bilərik.
Bu kontekstdə fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə böyük aktuqllıq kəsb edir. Müşavirədə ölkənin rəqəmsal inkişaf strategiyası və informasiya-kommunikasiya texnologiyaları sahəsində gələcək prioritetlər müzakirə olundu.Həmin müşavirədə dövlət başçısı bildirib ki: "Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb... Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir.Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir."
Prezident sözügedən istiqamətlərdə görüləcək işlər baradə danışarkən bildirib ki:
-Birinci növbədə rəqəmsal inkişaf, süni intellekt və s. sahəsindəki işlər ölkənin prioritetləri kimi vahid planla, vahid koordinasiya ilə sürətləndirilməlidir.Bu sahədə dövlət qurumları arasında sıx koordinasiya aparılmalıdır və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır;
-Azərbaycanın uzunmüddətli inkişafının əsas təminatlarından biri kimi strateji əhəmiyyət kəsb edən təhsil sisteminin rəqəmsal bacarıqların formalaşdırılmasına uyğunlaşdırılması, informasiya texnologiyaları və süni intellekt sahəsində ixtisaslaşmış kadr hazırlığının genişləndirilməsi, gənclərin rəqəmsal savadlılığının artırılması, innovativ düşüncə tərzinin təşviqi və sair istiqmətlərdə müasir tələblər səviyyəsində proqram xarakterli işlər görülməlidir;
-Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır.Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt yardımçı ola bilər.Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər;
-Özəl sektorda da eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir ki, rəqəmsallaşma kağız üzərində qalmasın,vətəndaş və biznes bunu real həyatda hiss etsin;
-Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir.Ölkəmizdə fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzinin işi daim diqqət mərkəzində olmalıdır.Bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır;
-Azərbaycanın coğrafı vəziyyəti,Asiya ilə Avropa arasında,Şimal-Cənub dəhlizi üzərində yerləşməsi və bu yöndə yaradılmış mövcud infrastruktur; transmilli böyük şirkətlərlə iş təcrübəsi; rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün başlıca şərtlərdən biri olan enerji generasiya gücümüzü böyük dərəcədə artırb,güclü və dayanıqlı enerji təminatı yarada bilməyimiz; dünyanın böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələrimiz və onlarla konkret layihələr üzərində işləməyimiz; Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası,o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz;Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədlərimiz və digər üstünlüklərimiz var.
Sözügedən potensial və üstünlüklərdən dolğn şəkildə istfadə etmək və "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planında nəzərdə tutulan tədbirlərin optimal müddətdə ardıcıl və sistemli şəkildə həyata keçirməklə Rəqəmsal Transformasiyanı Azərbaycanın davamlı inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi ölkəmizi regionda rəqəmsal tranzit və məlumat mərkəzi rolunu oynayan mühüm qovşağa çevirmək olar.Binunla yanaşı idarəetmənin təşkilatı quruluşunun optimallaşdırılması,dövlət idarəçiliyinin modernləşdirilməsi və keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi,iqtisadi inkişafın səmərəliliyinin,rəqabət qabiliyyətinin artırılması və dayanıqlığının möhkəmləndirilməsi, cəmiyyətin inkişafının sürətləndirilməsi,rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə yayılması və digər istiqamətlərdə böyük uğurlar qazanmaq olar.Ölkəmizin rəqəmsallaşmanı artıq ayrı-ayrı xırda layihələr kimi yox, vahid plan və vahid idarəetmə ilə həyata keçirmək mərhələsinə keçməsi süni intellektin real faydasını artıracaq, dövlət xidmətləri daha sürətli, daha rahat həyata keçiriləcək. Biznesin işini xeyli yüngülləşdirəcək. Qeydiyyat, icazə, hesabat, arayış və sair bu kimi işlər daha rahat, daha şəffaf olacaq və sair...
Əli Məsimli
Milli Məclisin deputatı