Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi
11:07 SosialErmənistanda çəkdiyi videolarla diqqətləri üzərinə çəkən əslən Qərbi Azərbaycandan olan Rövşən Əhmədov humanist davranışı ilə gündəm olub.
Modern.az xəbər verir ki, həmyerlimiz Ermənistanda olarkən qardaşı ilə birlikdə qarlı havada çətin vəziyətə düşən erməni qadına və uşağına kömək edib.
Belə ki, həmyerlilərimiz qarlı hava şəraitində yoldan çıxmış maşını ərazidən çıxartmaqla onun içərisindəki qadın və uşağa yardım edirlər.
Xarırladaq ki, Rövşən Əhmədov bundan əvvəl İrəvanın mərkəzindən və Gümrüdən paylaşımlar edib. O, Rövşən Əhmədov əslən Ermənistanın Amasiya rayonunun Öksüz kəndindəndir və 1980-ci illərin sonunda etnik təmizləmələr zamanı doğma yurd-yuvasını tərk edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31