Urbanizasiya proseslərində insan amili əsas prioritetlərdən hesab olunur- ÖZƏL

"Urbanizasiya proseslərində insan amili əsas prioritetlərdən hesab olunur. Müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə yeni şəhərlərin salınması zamanı insanların, xüsusilə uşaqların rifahı, təhlükəsizliyi və sosial təminatı dövlət siyasətinin əsas istiqamətlərindəndir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Prezident İlham Əliyev tərəfindən bu ilin "Şəhərsalma və Memarlıq İli"nin elan olunması, eləcə də "Uşaq hüquqları haqqında" yeni qanunun birinci oxunuşdan keçməsi fonunda bu kimi məsələlər xüsusi aktuallıq daşıyır. Şəhərsalma prosesində insan mərkəzli yanaşmanın tətbiqi, uşaqların təhlükəsiz mühitdə yaşaması, sağlam inkişafı və bərabər imkanlara malik olması planlaşdırma mərhələsindən etibarən diqqətdə saxlanılmalıdır. Bu istiqamətdə qanunvericilik təşəbbüslərinin gücləndirilməsi və dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31