Bakıdakı "fast-food" restoranlarında eyni yağ günlərlə istifadə olunur - Restoran əməkdaşı açıqladı

"Fast-food" restoranlarında istifadə olunan qızartma yağlar günlərlə dəyişdirilmir.

Milli.Az-ın məlumatına görə, əvvəllər Bakıda restoran sistemində çalışan şəxslərdən biri bu barədə öz fikirlərini bölüşüb. 

O qeyd edib ki, kartof fri, nuggets və tempura kimi qızardılmış məhsulları uzun müddət eyni yağda bişirilir. Onun sözlərinə görə, bu yağlar davamlı olsun deyə palma yağından istifadə edilir. Yağ bir neçə gün dəyişdirilmir, yalnız süzülərək yenidən istifadə olunur. İddialara əsasən, bir neçə gündən sonra yağın rəngi qaralır və qatılaşır.

Fast-food məhsullarının sağlamlığa mənfi təsir göstərdiyini vurğulayıb. Əlavə edib ki, mədə-bağırsaq problemləri, dəri səpgiləri, ürək-damar sistemində yaranan pozuntular və başqa xəstəliklər bu səbəbdən yaranır:

"Biz, bu sahədə çalışanlar həminb qidaları yemirik. Hər kəsə də yeməməyi tövsiyə edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31