Bakıda “sarı gödəkçəlilər” pul yığır

Bazar günləri ölkə ərazisində bəzi yerlərdə parklanma pulsuz olsa da, amma "sarı gödəkçəlilər" hələ də vətəndaşlardan pul yığırlar.

Milli.Az xəbər verir ki, həmin parkinq ərazisində olan işçilərə yaxınlaşan zaman isə onlar ödəniş aldıqlarını qəbul etmirlər. Yalnız parkinq işçisi olduqlarını bildirərək ərazidən uzaqlaşırlar.

Sözügedən şəxslərə daha çox Yasamal, Nizami rayonlarında rast gəlmək olur.

Sürücülər isə bazar günü parklanmanın pulsuz olduğunu bilsələr də, bəziləri könüllü şəkildə ödəniş verdiklərini, bəziləri isə ümumiyyətlə vermədiklərini bildiriblər.

Qeyd edək ki, səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi və ödəniş tələb edilməsi inzibati məsuliyyət yaradır:

"Qanunvericiliyə görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 300 manatdan 500 manatadək cərimə oluna bilər". 

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən, bazar günləri, həmçinin saat 22:00-dan 07:00-dək parklanma ödənişsizdir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı ödəniş tələb oluna bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31