Aİİ-də yükdaşımalara tam nəzarət: Naviqasiya plombları dövrü başlayır – ÖZƏL

Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında yüklərin naviqasiya plombları vasitəsilə izlənilməsi sistemi yaxın yarım il ərzində tam tətbiq olunacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidməti məlumat yayıb.

İlkin mərhələdə hansı mallar izləniləcək?

Sistemin tətbiqinə fevralın 1-dən başlanılıb. Birinci mərhələdə izləmə mexanizmi sanksiyalı və aksizli mallar (xüsusilə alkoqol və tütün məmulatları); Tranzit, ixrac və qarşılıqlı ticarət (üçüncü ölkələrdən idxal edilən mallar istisna olmaqla); Geyim, ayaqqabı və texnoloji avadanlıqların daşınması kimi sahələri əhatə edəcək.
Layihənin ikinci və üçüncü mərhələləri barədə gələcəkdə əlavə məlumat veriləcəyi bildirilir.

Yüklərin texniki izlənilməsini Aİİ-yə üzv dövlətlərin milli operatorları həyata keçirəcək: Ermənistan: ArmGPS
Belarus: "Beltamojservis" (Белтаможсервис)
Qazaxıstan: Kosmik Texnika və Texnologiyalar İnstitutu
Qırğızıstan: Dövlət Gömrük İnfrastrukturu
Rusiya: Rəqəmsal Platformaların İnkişafı Mərkəzi

Bu sistemin tətbiqi yükdaşımaların şəffaflığını artırmaqla yanaşı, sərhəd keçid məntəqələrində yoxlamaların sürətlənməsinə və qanunsuz ticarətin qarşısının alınmasına xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31