Mediatorlar üçün “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib- ÖZƏL
16:39 SosialAvropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III Proqramı (PGG III) çərçivəsində həyata keçirilən "Azərbaycanda mediasiyanın təşviqi" Layihəsi çərçivəsində mediatorlar üçün "Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi" mövzusunda iki günlük seminarın açılış mərasimi keçirilib. Mediasiya ,urasından "Olaylar"a bildirilib ki, açılışda Avropa Şurasının Bakıdakı ofisinin rəhbər müavini Aslıhan Özdemir, Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Fərdin Xəlilov iştirak edib.
35 nəfər mediatorun iştirak etdiyi təlimi milli mediasiya təlimçiləri Bakı 2 saylı mediasiya təşkilatının direktoru İlhamə Həsənova və Bakı 3 saylı mediasiya təşkilatının direktoru Paşa Səfərov aparıb.
Təlimçilər mediasiya bacarıqlarının inkişafı üzrə alətlər dəsti, mediasiya üzrə normayaratma barədə Avropa vəsaiti, mübahisələrin onlayn alternativ həllinə dair rəhbər prinsiplər barədə məlumatlar veriblər.