Komitə sədri Səbinə Salmanovanı yubileyi münasibətilə təbrik edib
11:34 SosialAzərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Millət vəkili, komitənin üzvü Səbinə Salmanovanı əlamətdar yubileyi münasibətilə təbrik edib.
Fazil Mustafa Səbinə xanım Salmanovanın qanunvericilik fəaliyyəti, ictimai təşəbbüslərdə fəallığı və komitə işində konstruktiv mövqeyini yüksək qiymətləndirib. Bildirilib ki, onun dövlətçilik maraqlarına söykənən fəaliyyəti, ictimai birliklər və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq istiqamətində səyləri parlament işinin səmərəliliyinə önəmli töhfə verir.
Komitə sədri yubilyara möhkəm cansağlığı, ailə səadəti və ictimai-siyasi fəaliyyətində yeni uğurlar arzulayıb.
Səbinə Salmanova göstərilən diqqət və təbrikə görə təşəkkürünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31