Azərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK
10:27 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib. Oxu.az xəbər verir ki, mənzillərin Agentliyi şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub.
Xidmət tərəfindən 20 mənzilin alınması müqabilində 1 milyon 980 min manat ödəniş edilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31