Bu şəxslərin müavinəti ARTIRILDI - Tam ÖDƏNİLƏCƏK
16:54 Sosial"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət bundan sonra işçilərə tam həcmdə veriləcək".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsi müdirinin müavini Emil Əliyev DOST TV-yə müsahibəsində deyib.
"Bildiyiniz kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət tam şəkildə ödənilirmirdi. Çünki orada sığorta stajı tələbi var idi. Məlumdur ki, 8 il sığorta stajı olana biz 60% ödəniş edirdik. 8-12 il sığorta stajı olana 80% və 12 ildən yuxarı, həmçinin müəyyən kateqoriyadan olan şəxslərə 100% miqdarında ödəniş olunurdu" , - Emil Əliyev bildirib.
O qeyd edib ki, yeni dəyişikliyə əsasən, sığorta stajı və ya hər hansı statusdan aslı olmayaraq, müavinətin məbləği vətəndaşa tam şəkildə - 100% ödəniləcək.