Pensiya kapitalına artımlarla bağlı daha bir VACİB XƏBƏR

Xəbər verdiyimiz kimi, fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq. Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev məlumat verib. O bildirib ki, artım avtomatik qaydada tətbiq olunacaq və vətəndaşların əlavə müraciətinə ehtiyac yoxdur. 

Sitat: "Pensiya kapitalı təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirmə yolu ilə artır. Məqsədimiz yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir".

Bu mexanizm bank hesabında 50 min manat vəsaiti olan şəxslərə də şamil ediləcəkmi? Yəni həmin şəxslərin pensiya kapitalında artım olacaq?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, söhbət fərdi pensiya hesabından gedir:

"Bank hesabındakı vəsaitin depozit kimi saxlanılan hissəsinə bu qaydanın şamil edilməsi mümkün deyil. Bu, olsa belə iqtisadi cəhətdən vətəndaş üçün faydalı deyil. 2800 manat pensiya kapitalına əlavə olunacaq deyə heç kim bankdakı pulunu dəyərsizləşdirməz.

Məlumdur ki, milli valyuta hər il dəyər itirir. Yəni pulu depozitdə saxlamaq belə onun real dəyərinin azalmasına səbəb olur. Məsələn, 50 min manata şəhər kənarında ev alıb 6 ay sonra onu 55 min manata satmaq, pulu depozitə qoyub pensiya kapitalına 2800 manat əlavə olunmasını gözləməkdən daha sərfəlidir. Külli miqdar vəsaiti olanlar banka depozit yerləşdirmir, digər gəlirli sahələrə investisiya edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31