Bayır şəhərdə “Kubinkaya” və “İçərişəhərə” aparan tunellər aşkar edilib? - AÇIQLAMA
17:45 SosialSosial şəbəkələrdə Bayır Şəhərdə şimala və cənuba uzanan iki tunel aşkar edildiyi barədə məlumatlar yayılıb.
Ərazidə yaşayan sakinlər iddia ediblər ki, tunellərdən biri "Kubinkaya", digəri isə "İçərişəhərə" aparır.
Mövzu ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində aprılan abadlıq işləri çərçivəsində tunelin aşkarlanması ilə bağlı yayılan məlumatlarla əlaqədar AMEA nın əməkdaşı Bəxtiyar Cəlilovla birgə əraziyə baxış keçirilib.
"Sözügedən ərazidə hər hansı tunel və quyu aşkar edilməyib", - deyə qurumdan məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31