Təlimi bitirən mediatorlara sertifikatlar təqdim olunub-Özəl
15:27 Sosial9 fevral 2026-cı il tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən keçirilən "Mediatorların ixtisasartırma kursu"nu və "Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə təlim"i müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub. "Olaylar" xəbər verir ki, sertifikatvermə mərasimində Bakı 10 saylı Mediasiya Təşkilatının mediatoru Vəfa Vafa Seyfullayevaya "Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar" kitabının müəllifi olaraq mediasiya sahəsində elmi-nəzəri biliklərin artırılmasında və təşviqi prosesindəki dəstəyinə görə diplom təqdim edilib.
Sertifikatvermə mərasimində iştirak edən Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini, hüquq elmləri doktoru Fərdin Xəlilov, Mersin Barosunun Ailə Hüququ Komissiyasının Başkanı Sahra Düzgün Tucel və injuria.az hüquq jurnalının təsisçisi və baş redaktoru Kəmalə Məmmədova çıxışları zamanı yeni mediatorlara fəaliyyətlərində uğurlar arzulayıb, mediasiya sahəsində bu il ərzində görülən işlərdən, ilin yekununa dair hesabatlardan söz açıblar.
Sonda mediatorlarla xatirə şəkilləri çəkilib.