Kənd təsərrüfatında geriləmə tendensiyası davam edir

"Ölkədə bir çox sahələrə investisiya qoyulmalıdır. Bunlardan biri kənd təsərrüfatıdır. 2023-cü ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında azalma qeydə alınıb. Əgər bu azalma 2023-cü ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında artım 2024-cü ildə 1,5 faiz, 2025-ci ildə isə artıq 0,9 faiz təşkil edib. Yəni geriləmə tendensiyası davam edir və bu, ciddi narahatlıq doğurur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib: "Eyni zamanda, ərzaq məhsullarının ixrac həcmi də ildən ilə azalır. Bu səbəbdən kənd təsərrüfatına genişmiqyaslı investisiya qoyuluşu zəruridir. Yaxşı olardı ki, bu sahəni uğurla idarə edən ölkələrin mütəxəssisləri də ölkəmizə dəvət edilsin. Bununla yanaşı, ölkəmizdə maşınqayırma və sənayenin inkişafına da investisiya yatırılmalıdır. İnkişaf yalnız enerji sektoru ilə məhdudlaşmamalıdır. Yeni iş yerlərinin açılmasına ciddi ehtiyac var. İnsanlarımız, xüsusilə də gənclər iş tapmaqda böyük çətinliklərlə üzləşirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31