Tibb səhnəsində şok dönüş: ölümcül xəstəliklər geri çəkilir

Dünya tibb tarixində nadir rast gəlinən proses baş verir. Son günlər ard-arda yayılan açıqlamalar göstərir ki, uzun illər "müalicəsi yoxdur", "toxunulmazdır", "ölüm hökmüdür" deyilən xəstəliklər birdən-birə geri çəkilməyə başlayıb. Xərçəng, genetik pozuntular və ölümcül fəsadlar artıq keçilməz sədd kimi təqdim olunmur.

Musavat.com xəbər verir ki, dünya mediası bu ardıcıllığı tibbdə qırılma nöqtəsi kimi dəyərləndirir.

HPV ilə bağlı tabu dağıldı

İnsan papilloma virusu (HPV) onilliklər boyu xərçəngin əsas səbəblərindən biri kimi qorxu simvolu idi. İndi isə bu virusun yaratdığı təhlükənin nəzarət altına alındığı açıq şəkildə etiraf olunur. Praktiki nəticələr göstərir ki, HPV artıq insan üçün qaçılmaz sonluq deyil.

Bu, xüsusilə qadın sağlamlığı ilə bağlı illərdir davam edən qorxu zəncirinin qırılması deməkdir.

Bağırsaq xərçəngi: hökm zəifləyir

Bağırsaq xərçəngi ilə bağlı açıqlamalar daha sərtdir. Müalicə nəticələrinin kəskin şəkildə yaxşılaşdığı, bəzi hallarda xəstəliyin geri çəkildiyi bildirilir. İndiyədək milyonlarla insan üçün ölümə bərabər sayılan bu diaqnoz artıq tək çıxış yolu olmayan hökm kimi səslənmir.

Pankreas xərçəngi sarsıldı

Ən təhlükəli xərçəng növlərindən biri hesab edilən pankreas xərçəngi ilə bağlı yayılan xəbərlər isə xüsusilə sarsıdıcıdır. Bu xəstəlik uzun illər "toxunulmaz" hesab olunurdu. İndi isə sağqalım müddətinin artdığı, bəzi hallarda xəstəliyin geri çəkildiyi rəsmi şəkildə qəbul edilir.

Bu, tibbdə əvvəllər mümkün sayılmayanın mümkün olması deməkdir.

Qanaxma problemi tarixə çevrilir

Ağır qanaxmalar - müharibə, qəza, əməliyyat və fövqəladə hallarda əsas ölüm səbəblərindən biri idi. Son yeniliklər göstərir ki, bu problem artıq saniyələr içində həll olunur. Qan itkisi dərhal dayandırılır və insan həyatı xilas edilir.

Bu texnologiya tibbin səssiz, amma ən ölümcül problemini sıradan çıxarır.

Aziz Sancar faktoru: beyin şişləri ilə bağlı sərhəd aşıldı

Nobel mükafatlı alim Aziz Sancar və onun elmi xətti beyin şişləri ilə bağlı illərlə bağlı qalan qapıları açıb. Aparılan təcrübələr göstərir ki, bu şişlərin yaşamasını təmin edən mexanizmlər sıradan çıxarıla bilir. Bu nəticələr beyin xərçəngi ilə bağlı oyun qaydalarının dəyişdiyini göstərir.

Genetik müdaxilə dövrü başlayır

İnsan orqanizminə genetik səviyyədə müdaxilə artıq nəzəriyyə deyil. Xəstəlik yaradan mexanizmlərin birbaşa söndürülməsi mümkün sayılır. Bu isə tibbin yalnız müalicə edən yox, xəstəliklərin yaranmasına mane olan gücə çevrildiyini göstərir.

Musavat.com-un qeydi: bu proses təsadüf deyil

Bu qədər ağır və ölümcül xəstəliklə bağlı müsbət xəbərlərin qısa zaman kəsiyində ard-arda açıqlanması təkcə elmi hadisə deyil. Bu, qlobal tibb strategiyasının dəyişdiyini göstərir.

İnsanlıq yeni mərhələyə daxil olur: xəstəlik müdafiədədir, insan isə hücum mövqeyindədir.

Bu mərhələnin harada dayanacağı hələ bilinmir. Amma artıq bir həqiqət var:

"Müalicəsi yoxdur" ifadəsi sürətlə lüğətdən çıxarılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31