Zaur Axundova cinayət işi açıldı - Böyük yeyinti
19:17 SosialAzərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov cinayət məsuliyyətinə cəlb edilib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Zaur Axundov xüsusilə külli miqdarda mənimsəmədə (CM-nin 179.4) ittiham edilir.
Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik onunla bağlı məhkəmə qərarı yoxdur.
Qeyd edək ki, Zaur Axundovun qardaşı Ramin Axundov "Araz-Naxçıvan" futbol klubunun prezidentidir. O, bir müddət əvvəl 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31