Son 5 ildə Azərbaycanda ən çox qar nə vaxt və hara düşüb? - Açıqlama
18:26 SosialSon beş ildə qar örtüyünün maksimal hündürlüyü Lerikdə qeydə alınıb. Belə ki, 2026-cı ilin ötən dövrü ərzində qar örtüyünün maksimal hündürlüyü yanvar ayında 116 sm-ə çatıb.
Bu barədə cavab olaraq, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Şəbnəm Qurbanova bildirib.
Onun sözlərinə görə, 2026-cı ilə qədərki beşillikdə isə ölkə ərazisində qar örtüyünün maksimal hündürlüyü 2025-ci ilin fevral ayında qeydə alınıb:
"Həmin vaxt Qax rayonunun Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 95 sm olub. Eyni ildə Bakıda və Abşeron yarımadasında isə qar örtüyünün hündürlüyü 13 sm qeydə alınıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31