Ötən il bələdiyyə aktları ilə bağlı neçə iş məhkəməyə gedib?
14:39 Sosial2025-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81 711 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1 935) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 79 448 (97,2 %) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
Bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.
Bildirilib ki, normativ hüquqi aktların tələblərinə zidd olan 1 645 (2 %) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib, 618 akt (0,8 %) isə növbəti ilə qalıq keçib.
Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 644 (0,79 %) akt ləğv edilib, 950 (1,16 %) akt dəyişdirilib, 44 (0,05 %) təklif isə növbəti ilə qalıq keçib. Bələdiyyələr tərəfindən təmin olunmayan 7 (0,008 %) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4 132 müraciətdən 3 618-nə (87 %) baxılıb, 204-ü (5 %) aidiyyəti üzrə göndərilib, 310 (8 %) müraciət isə növbəti ilə qalıq keçib. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilərək dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasında qanunvericiliyin tələblərinə zidd 53 bələdiyyə aktının hamısı ləğv edilib.
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilən 1 698 aktdan 697-si (41 %) ləğv edilib, 950-si (56 %) dəyişdirilib, 7 (0,4 %) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 44 (2,6 %) təklif isə növbəti ilə qalıq keçib.Trend.az