Vətəndaşların problemlərinin operativ həlli daim diqqət mərkəzində saxlanılır- ÖZƏL

Milli məclisin deputatı Məşhur Məmmədov növbəti vətəndaş qəbulu keçirib. "Olaylar"-ın məlumatına görə, bu barədə millər vəkili özü məlumat verib: "Qəbul Masallı rayonunda yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirildi. Qəbulda 20 nəfər iştirak etdi. Onların arasında Vətən müharibəsi qazisi də var idi.
Görüşdə köməkçilərimlə yanaşı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edirdi. Vətəndaşların müraciətləri diqqətlə dinlənildi, qaldırılan məsələlərin həlli üçün müvafiq addımlar atıldı.
Bəzən vətəndaşların müraciətləri yerindəcə həll edilsə də, səlahiyyətimizdən kənar olan məsələlər də olur. Belə hallarda müraciətlər aidiyyəti qurumlara göndərilir və nəticə barədə nəzarət tərəfimizdən davam etdirilir.
Hər bir vətəndaşın müraciəti bizim üçün önəmlidir. Onların problemlərinin operativ və qanunauyğun həlli daim diqqət mərkəzində saxlanılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31