Bakı Musiqi Akademiyasının 17 yaşlı tələbəsi Azərbaycanda ilkə imza atıb

Bakı Musiqi Akademiyasının 17 yaşlı tələbəsi Aysu Vorobyova ilkə imza atıb. Bu ali təhsil ocağının instrumental ifaçılıq fakültəsinin tranbon sinfində təhsil alan Aysu bu alətdə ifa edən ilık azərbaycanlı xanımdır.
Qeyd edək ki, Vorobyeva Aysu Vyaçeslavovna 4 sentyabr 2008-ci ildə Bakıda anadan olub. 6 yaşında Rafiq Babayev adına 25 nömrəli  musiqi məktəbinə qəbul olunub. Əvvəlcə piano sinfində oxuyub,  sonra tranbon alətiylə tanış olub. O, həm tranbon, həm də piano sinfini bitirib. Fitri istedadı ilə müəllimlərinin diqqətini çəkən Aysu musiqi məktəbində  uşaq xorunda da iştirak edib. Tranbon alətini isə ona müəllimi Yusif Hüseynov öyrədib.
Musiqi məktəbində oxuduğu illərdə o tranbonda məktəbin orkestrində də ifa edib.
Aysu Ulu öndər Heydər Əliyevin  yubileyi ilə əlaqədar "Musiqi aləmi" jurnalının Muğam Mərkəzində keçirdiyi konsertdə nəfəs alətlərindən ibarət qrupda iştirak edib.
Aysu 2025-ci ildə 257 nömrəli tam orta məktəbdən və 25 nömrəli musiqi məktəbindən məzun olan Aysu Bakı Musiqi Akademiyasına daxil olub.
Gənc musiqiçi qeyd edib ki, məqsədi bu alətdə müəkəmməl ifa etmək, xarici ölkələrdə konsert proqramları ilə çıxış etmək və  Azərbaycan musiqisini dünyada tanıtmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31