Yardımlıda "Tariximiz və milli-mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib ÖZƏL
10:43 Sosial
Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində Yardımlı rayon A.Alyarov adına Horavar kənd tam orta məktəbinin müəllim və şagirdləri ilə birlikdə " Tariximiz və milli-mənəvi dəyərlər " mövzusunda tədbir keçirilib. Muzeydən "Olaylar"a bildirilib ki, tədbirin əsas mahiyyəti məktəblilərin asudə vaxtının səmərəli təşkilidir. Tədbir çərçivəsində "Tariximiz və milli-mənəvi dəyərlər" mövzusunda keçirilən maarifləndirici Tarix dərsində şagirdlərə Azərbaycanın tarixi, adət və ənənələri və milli-mənəvi dəyərləri haqqında geniş məlumatlar verilib.
Muzey əməkdaşı Əlisəfa Əhmədov və məktəbin müəllimi Nurlan Hüseynzadə çıxış edərək öz fikirlərini bildirdilər.
Muzey Əməkdaşı Anar Baloğlanlı tərəfindən məktəblilərə ümummilli lider Heydər Əliyevin həyatı və 44 günlük Vətən Savaşı haqqında da mühüm geniş məlumat verilib. Sonda məktəblilər üçün ekskursiya təşkil edilib.